11 C
Baku
Sunday, November 17, 2024

“Volkswagen” dünyanın ən güclü elektromobilini istehsal edəcək

Almaniyanın “Volkswagen” şirkəti bir dəfə doldurulmaqla, 400-600 km məsafə qət edə biləcək elektromobil layihəsi üzərində işləyir.

“Mashable” portalına istinadən xəbərə görə, bu, eyni tipli elektromobillər arasında rekord ola bilər.

Şirkətin planı barədə baş direktor Gerbert Diss “Wirtschafts Woche” dərgisinə müsahibəsində danışıb. O bildirib ki, elektromobil təxminən “Golf” modelinə bənzər şəkildə kompakt ölçülərə sahib olacaq, lakin daha geniş baqaj nəzərdə tutulub. Avtomobilin 2018 və ya uzağı 2019-cu ildə satışa çıxarılacağı gözlənilir.

Lent.az

Son xəbərlər
Digər xəbərlər