12 C
Baku
Saturday, November 23, 2024

“Volkswagen” elektromobil istehsalını da dayandırmağa məcbur olub

Almaniyanın avtomobil nəhəngi “Volkswagen” çip çatışmazlığına görə ilk dəfə elektromobil istehsalını dayandırıb.

“VW ID.3”, “VW ID.4”, “Audi Q4 e-tron” və “Cupra Born” modellərinin istehsalı bir həftəlik dayanıb. Bunun nəticəsində 5 min ədəd az avtomobil istehsal ediləcək.

Buna kimi şirkət daxili yanacaq mühərrikli “Golf” və “Tiguan” avtomobillərinin istehsalını dayandırsa da elektromobil istehsalının elektron hissəslərə təchizatına prioritet verilirdi. Buna görə Tsvikkau və Drezdendəki istehsal xətləri fasiləsiz olaraq işə davam edirdi.

Xatırladaq ki, qlobal çip çatışmazlığından ən böyük zərbəni avtomobil sənayesi alıb. “Volkswagen” bu ilin nəticələrinə görə avtomobil istehsalının 6,2 % azalacağını proqnozlaşdırır. Eyni dövrdə “Ford”un istehsalı 700 min ədəd, “Stellantis”in – 600 min ədəd, “Renault”un – 500 min ədəd, “Toyota”nın- 300 min ədəd azalacağı gözlənilir. “AlixPartners” konsaltinq şirkətinin proqnozuna görə bu il avtomobil istehsalı 7,7 milyon ədəd azalacaq. Avtomobil sənayesinin bununla əlaqədar olaraq itkiləri 210 milyard ABŞ dolları olacaq.

Son xəbərlər
Digər xəbərlər