9 C
Baku
Thursday, December 12, 2024

“Volkswagen Group”un xalis mənfəəti 8 dəfə artıb

“Volkswagen Group”un xalis mənfəəti 2021-ci ilin doqquz ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7.9 dəfə artaraq 10.8 milyard avroya çatıb.

Banker.az xəbər verir ki, bununla yanaşı, 2020-ci ilin üçüncü rübündə “Volkswagen Group” əməliyyat mənfəəti cəmi 2.8 milyard avro təşkil edib.

“Üçüncü rübün nəticələri bir daha göstərir ki, biz indi kütləvi sektorda məhsuldarlığı sistemli şəkildə artırmalıyıq. Mövcud və yeni rəhbərə qarşı güclü mövqeyimizi saxlamaq üçün çalışmalıyıq”, – deyə avtomobil konserninin baş direktoru Herbert Diss söyləyib.

“Volkswagen Group” avtomobillərinə güclü tələbata baxmayaraq, yarımkeçiricilərin çatışmazlığı 2021-ci ilin üçüncü rübündə tədarükün 2020-ci illə müqayisədə 24.4% kəskin azalmasına səbəb olub. Təkcə Qərbi Avropada, sentyabrın sonuna qədər qrupun minik avtomobilləri sifarişləri bir milyon avtomobili ötüb ki, bunun da 17%-i elektriklə işləyən avtomobillər təşkil edib.

Xatırladaq ki, daha əvvəl “Volkswagen”in avtomobil istehsalının 1958-ci ilin minimumuna düşdüyü məlum olub.

Son xəbərlər
Digər xəbərlər