-1 C
Baku
Sunday, December 15, 2024

Volkswagen-in yeni elektromobilinin fotoşəkilləri yayımlandı

2022-ci ildə təqdim olunması gözlənilən Volkswagen ID.6-nın foto şəkilləri Reddit-də yayımlanıb.

Şirkətin yeni elektrikli SUV modelinin təqdimatından bir neçə ay əvvəl çıxan bu fotoşəkillər yeni modelin heyranedici dizayna malik olduğunu göstərir.

Şirkət tərəfindən elektrikli avtomobillər üçün hazırlanmış modulyar MEB platformasında inşa edilmiş ID.6 yayımlanan hesabata görə, 82 kVt/saat gücündə bir batareyadan istifadə ediləcək.

4.9 metr uzunluğunda, 1.8 metr enində və 1.8 metr hündürlüyündə olacağı gözlənilən ID.6, 7 oturacaqlı olacaq. Baqaj bölməsində yerləşdiriləcək əlavə 2 sərnişin oturacağının, digər növ nümunələrində olduğu kimi geri çəkilə bilən bir sistemə sahib olması gözlənilir.

 

ID.6, ən azı 101 at gücünə, ikiqat mühərriklə işləyən daha bahalı təminat paketində isə 200 at gücünə sahib olacaq. 2022-ci ildə istehsal olunması gözlənilən ID.6-nın yalnız Avropa bazarında və ya ABŞ-da satılacağı hələ məlum deyil.

1 1 4

MənbəTed.az
Son xəbərlər
Digər xəbərlər