12 C
Baku
Saturday, November 23, 2024

“Volkswagen” Kanadada elektromobil batareyaları üçün zavod tikəcək

Alman avtomobil istehsalçısı “Volkswagen” layihəyə 7 milyard Kanada dolları (5,2 milyard dollar) sərmayə qoyaraq, 2027-ci ilə qədər Kanadada elektromobillər üçün batareyaların istehsalına başlamaq niyyətindədir.

Bu barədə Ontario ştatının iqtisadi inkişaf naziri Vik Fideli müəssisənin tikintisinin planlaşdırıldığı Sent-Tomasda keçirilən xüsusi tədbirdə bildirib.

Mərasimdə Kanadanın Baş naziri Castin Trüdo iştirak edib və o, alman avtomobil istehsalçısının Şimali Amerika ölkəsinə sərmayə qoymasını “Kanada işçiləri və iqtisadiyyatı üçün yaxşı xəbər” adlandırıb.

Qeyd edək ki, zavodun tikintisi 2024-cü ildə Sent-Tomasda başlayacaq. Müəssisənin ildə 1 milyona qədər akkumulyator istehsal edəcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər