“Volkswagen” pilotsuz avtomobillər üçün çip istehsal etməyə başlayacaq

“Volkswagen Group”un baş direktoru Herbert Diss konsernin pilotsuz avtomobillər üçün çip istehsal edəcəyini bildirib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, çiplər yolda vəziyyəti qiymətləndirmək üçün istifadə ediləcək: xarici radarlardan əldə olunan məlumatı emal edilməsi, süni zəkanın tətbiqi ilə qanunauyğunluqların aşkarlanması və saniyə ərzində qərar qəbul etmək.

Çiplər “Volkswagen”ə avtomobillərdə yeni xüsusiyyətləri tez bir zamanda tətbiq etməyə və onların dizaynlarını dəyişdirməyə imkan verəcək. 2025-ci ilə qədər konsern bu sahəyə 7 milyard avro (8.44 milyard dollar) sərmayə qoymağı planlaşdırır.

Xatırladaq ki, 2020-ci ilin noyabrında “Bloomberg” “Volkswagen”in 2023-cü ilə qədər kompakt elektrikli avtomobil, universal və mikroavtobus təqdim edəcəyini yazıb.

Müasir dövrdə İT-şirkətlər getdikcə avtomobil istehsalçıları ilə işləməyə üstünlük verirlər. 2021-ci ilin yanvarında “Geely” Çinin “Baidu” axtarış sistemi ilə birlikdə elektromobil istehsal edəcəyini açıqlayıb. 2021-ci ilin martında “Xiaomi” öz brendi adı altında elektromobil istehsal etmək planını təqdim edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.