“Volkswagen” Rusiya aktivlərinin satışının vaxtı ilə bağlı qərar verib

Alman avtomobil istehsalçısı “Volkswagen” il ərzində Rusiya aktivlərini “Porsche”, “Scania” və “MAN”a satmaq niyyətindədir.

Bu barədə şirkətin yanvar-sentyabr ayları üçün aralıq hesabatı əks olunub.

Hesabatda bildirilib ki, yük maşınları istehsalçılarının “MAN” və “Scania”nın daxil olduğu “Traton” qrupu “MAN” konserninin 100 % törəmə şirkəti olan “Man Trak end Bas Rus” MMC-ni yerli diler “Man Trak Çelnı” MMC-yə satmaq üçün razılaşma bağlayıb. Müqavilənin bu il bağlanacağı gözlənilir.

“Volkswagen” yaxın 12 ay ərzində “Scania”nın Rusiya şöbəsinin (“Skaniya-Rus” MMC) aktivlərinin satışını başa çatdırmağı gözləyir.

Son xəbərlər
Digər xəbərlər