2 C
Baku
Saturday, December 14, 2024

“Volkswagen” Rusiyadakı aktivlərini 125 mln. avroya satıb

Alman avtomobil istehsalçısı “Volkswagen” 2023-cü ilin birinci yarısı üçün maliyyə hesabatlarını dərc edib, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir. Sənədə əsasən, “Volkswagen Group Rus” MMC-nin və onun nəzarətində olan 4 şirkətin 100%-lik payının Rusiyanın “Art-Finance” şirkətinə satışı üzrə sövdələşmənin dəyəri 125 milyon avro təşkil edir.

2007-ci ilin noyabr ayından “Volkswagen” Kaluqada avtomobil istehsal edir. 2011-ci ildə “Volkswagen Group Rus” və “GAZ Group” Nijni Novqoroddakı zavodda “Volkswagen” və “Skoda” avtomobillərinin müqaviləli yığılması haqqında razılaşma əldə edib. 2022-ci ilin mart ayında şirkət hər iki müəssisədə istehsalı dayandırıb.

Son xəbərlər
Digər xəbərlər