13 C
Baku
Saturday, November 23, 2024

“Volkswagen” Rusiyadakı aktivlərini satıb

Alman avtomobil istehsalçısı “Volkswagen” Rusiyadakı aktivlərinin yerli investor “Art Finance MMC”yə satışı prosesini başa çatdırıb. Bu barədə cümə günü şirkətin saytında dərc olunmuş press-relizdə deyilir.

Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

2007-ci ilin noyabr ayından “Volkswagen” Rusiyanın Kaluqa şəhərində avtomobil istehsal edir. 2011-ci ildə “Volkswagen Group Rus” və “GAZ Group” Nijni Novqoroddakı zavodda “Volkswagen” və “Skoda” avtomobillərinin müqaviləli yığılmasına dair razılaşıb. Ukraynada müharibənin başlaması fonunda 3 mart 2022-ci ildə “Volkswagen Group Rus” Rusiyadakı müəssisələrində istehsalı dayandırıb.

Son xəbərlər
Digər xəbərlər