Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” Rusiyada biznes aparmağın müxtəlif ssenarilərini, o cümlədən onun satışını nəzərdən keçirir. Şirkət qeyd edib ki, vəziyyətin qeyri-müəyyənliyi səbəbindən Rusiyada istehsalın bərpasının mümkünlüyü ilə bağlı hələki heç bir məlumat yoxdur.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Bununla bağlı qərar hələ qəbul edilməyib”, – deyə mesajda bildirilir.
Xatırladaq ki, martın 3-də “Volkswagen” Rusiyanın Kaluqa və Nijni Novqorod zavodlarında istehsalı dayandırıb. Kaluqadakı zavodun kollektivi qısaldılmış iş qrafiki ilə çalışır. Oktyabrın 19-da isə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti şirkətin Rusiyadakı zavodlarını alacaq investor axtardığını yazır.