Almaniyanın avtomobil istehsalçısı olan “Volkswagen” Kaluqadakı zavodunu almağa hazır olan investor axtarır. Bu barədə mənbələrə istinadən “Frankfurter Allgemeine Zeitung” yazıb.
“Bizim ölkədən tamamilə getmək planımız var”, – deyə şirkət nümayəndələri bildirib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Volkswagen” medianın sorğularına cavab verib ki, şirkət Rusiyadakı biznesinin gələcəyinə dair müxtəlif variantları, o cümlədən onun üçüncü tərəfə satılmasını nəzərdən keçirirlər. Yekun qərar hələ verilməyib.