“Volkswagen” Rusiyanın Kaluqa şəhərindəki zavodunu satışa hazırlayır. Qeyd edək ki, orada “Volkswagen Tiguan”, “Volkswagen Polo” və “Skoda Rapid” avtomobilləri yığılıb.
Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
“Artıq Qazaxıstan və Avstriyadan potensial alıcılardan ibarət iki nümayəndə heyəti zavoda səfər edib. Rusiyanın Sənaye və Ticarət Nazirliyinin rəsmiləri də gəlib”, – mesajda bildirilir.
Mənbə əlavə edib ki, “Volkswagen” 2022-ci ilin sonuna qədər satış barədə qərar qəbul etməyi planlaşdırır. Şirkət 2022-ci ilin martında Rusiyada avtomobillərin ixracını və istehsalını dayandırdığını elan edib.