12 C
Baku
Wednesday, April 24, 2024

“Volkswagen” sentyabr ayında yeni ev-maşın təqdim edəcək

Almaniyanın “Volkswagen” şirkəti 2020-ci ilin sentyabrında Caddy modeli əsasında yeni ev-maşın təqdim edəcək. Banker.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Qeyd edildiyi kimi, bu ev-maşın ən çox gənc ailələr, açıq havada istirahət etməyə həvəsli olanlar, həmçinin səyahət etməyi sevən yaşlı insanlar üçün uyğundur.

Bu model uzunluğu, demək olar ki, 2 metr olan çarpayı və 1,4 kv. m sahəsində panoram dama malikdir. Salonun arxa hissəsində yüngül kürsülər və masa saxlanılır. Əşyaları maşına yükləmək üçün modelin komplektasiyasına daxil olan iki çantadan istifadə etmək mümkündür.

Avtomobil parkinq zamanı manevr etməyə imkan verən “Trailer Assist” sistemi ilə təchiz edilib. Güc aqreqatlarına gəldikdə, yeni Volkswagen Caddy 75-122 at gücünə malik dizel mühərrikləri alacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər