14 C
Baku
Wednesday, October 22, 2025

“Volkswagen” şirkəti “Golf” və “Tiguan” istehsalını dayandıra bilər

Almaniyanın avtomobil istehsalçısı olan “Volkswagen” əsas modelləri olan “Golf” və “Tiguan”ın istehsalını müvəqqəti olaraq dayandırmağa hazırlaşır.

Buna səbəb yarımkeçirici (çip) çatışmazlığının kəskinləşməsi olub.

Problemin əsas səbəbi Niderlandda yerləşən çip istehsalçısı “Nexperia” ətrafında yaranan gərginlikdir. Qeyd edək ki, bu şirkət Çinin “Wingtech” holdinqinə məxsusdur. ABŞ-nin təzyiqi altında hərəkət edən Niderland hökuməti, strateji texnologiyaların itirilməsi təhlükəsini əsas gətirərək şirkətin fəaliyyətinə rəsmi şəkildə müdaxilə edib.

Nəticədə Nexperia-nın baş direktoru Çjan Syueçjen vəzifəsindən uzaqlaşdırılıb, şirkət isə bir il müddətinə ciddi dövlət nəzarətinə götürülüb. Bu müddət ərzində şirkətə aktivləri köçürmək, rəhbərliyi dəyişmək və mühüm qərarlar qəbul etmək qadağan olunub.

Cavab olaraq, Çin hökuməti yarımkeçirici komponentlərin ixracına məhdudiyyətlər tətbiq edib, bu isə “Nexperia” zavodlarında istehsalın qismən dayanmasına gətirib çıxarıb.

Volkswagen-in hazırda istehsalı davam etdirmək üçün qısa müddətlik çip ehtiyatı olsa da, təchizatdakı fasilələr yaxın günlərdə Volfsburqdakı əsas zavodda istehsalın dayanmasına səbəb ola bilər.

Niderlandın iqtisadiyyat naziri Vinsent Karremans bildirib ki, hökumət Çinlə danışıqlar aparır, məqsəd isə yaranmış vəziyyəti həll etmək və Nexperia-nın gələcəyini ölkədə qorumaqdır. Lakin bazar ertəsi günü Nexperia-nın Çin bölməsi Niderland ofisinin göstərişlərini yerinə yetirməkdən imtina edib, bu isə təchizat zəncirindəki böhranı daha da dərinləşdirib.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər