27 C
Baku
Sunday, June 29, 2025

“Volkswagen” təhlükəli qüsura görə 16 500 avtomobili geri çağırır

Almaniyanın “Volkswagen” şirkəti hava yastığındakı təhlükəli qüsura görə 16 min 500 avtomobili geri çağırır.

“Spiegel” qəzetinin məlumatına əsasən, nasazlıq şirkətin daimi keyfiyyət yoxlamaları zamanı bir təchizatçının təqdim etdiyi məlumat əsasında aşkarlanıb. Geri çağırılma profilaktik tədbir kimi həyata keçirilir.

Qüsur hava yastığının qaz generatorunda qeydə alınıb və bu problem aşağıdakı modellərdə aşkarlanıb:
“Polo”, “Passat”, “Taigo”, “ID.7”, “ID.7 Tourer” və “ID.Buzz”.

Şirkətin açıqlamasında bildirilib ki, qəza zamanı sözügedən hissənin partlaması və içərisindəki komponentlərin sərnişinlərə ağır və ya hətta ölümcül xəsarətlər yetirməsi ehtimalı mövcuddur.

Avtomobil sahibləri “Volkswagen” tərəfindən məlumatlandırıldıqdan sonra rəsmi dilerlərlə əlaqə saxlayaraq nəqliyyat vasitələrini texniki baxışa aparmalıdırlar. Təmir zamanı ön hava yastığının deaktiv ediləcəyi və bu səbəbdən ön sərnişin oturacağından istifadə edilməməsi tövsiyə olunub.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər