“Volkswagen” 2025-ci ildə Avropa bazarında elektromobil satışlarına görə lider olub, bu barədə “Reuters” yazır. Buna “Volkswagen ID.7” modelinin “güclü” satışları kömək edib.
2025-ci ildə “Volkswagen”in Avropada elektromobil satışları illik müqayisədə 56% artaraq 274 min avtomobilə çatıb. Bu vaxt “Tesla”nın satışları 2024-cü illə müqayisədə 27% azalaraq 236 min avtomobil təşkil edib.
Nəşrin qeydinə görə, bu, ABŞ şirkəti üçün daha bir zərbə olub: çünki Çin istehsalçısı “BYD” 2025-ci ildə onu geridə qoyaraq dünyada ən böyük elektromobil tədarükçüsünə çevrilib. “Tesla”nın köhnəlmiş model sırası Avropada həm yerli, həm də Çin avtomobil istehsalçıları tərəfindən güclü rəqabətlə üzləşib.
2025-ci ildə Avropada elektromobillərin qeydiyyat sayı illik müqayisədə 29% artsa da, region üzrə ümumi avtomobil qeydiyyatları cəmi 2,3% artıb.






