27 C
Baku
Saturday, June 29, 2024

Volkswagen Türkiyədəki şirkətini bağlayır

Almaniyanın avtomobil şirkəti Volkswagen, (VW) Türkiyədə yeni fabrik investisiyalarından imtina etdikdən sonra qurduğu şirkəti ləğv etmək qərarına gəlib.

Banker.az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniyanın Volkswagen şirkəti 2019-cu ilin oktyabr ayında Türkiyənin Manisa şəhərində 943.5 milyon lirə nizamnamə kapitalı ilə şirkət qurub.

Koronovirus infeksiyasından sonra investisiya planlarını gözdən keçirən şirkət iyul ayında Türkiyədə, Manisada investisiyalarını dayandırdıqlarını açıqlayıb.

Sonradan Slovakiyadakı müəssisələrinə investisiya qoymağa qərar verən “Volkswagen”in, “Turkey Otomotiv Sanayi ve Ticaret Anonim” şirketini 17 dekabrda ləğv etmək qərarına gəldiyi təyin olunub.

Son xəbərlər
Digər xəbərlər