Almaniyanın “Volkswagen” şirkəti yeni “Taigo” krossoverini təqdim edib.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, model Avropa bazarı üçün hazırlanıb.
Avtomobil MQB-A0 platforması əsasında qurulub, onun uzunluğu 4260 mm, eni 1750 mm, hündürlüyü isə 1490 mm təşkil edir. Təkər bazasının ölçüsü 2560 mm-dir.
“Taigo” krossoverinin salonu yenilənmiş “Volkswagen Polo” avtomobilinin interyerini tamamilə təkrarlayır. Xüsusilə, söhbət virtual alətlər paneli, sensorlu idarəetmə sistemi, ö cümlədən 6.5 və ya 9.2 düymlük multimediya kompleksindən gedir.
Yeni “Volkswagen Taigo” 1.0 litrlik 95 və 110 at gücündə turbomühərriklə təchiz edilib. Bununla yanaşı, model 1.5 litrlik dörd silindrli 150 at gücündə mühərrik alıb. Sürətlər qutusu mexanikidir.
Avtomobil “Volkswagen”in İspaniyadakı zavodunda istehsal olunacaq. “Taigo” krossoverinin satışları 2022-ci ilin əvvəlində başlayacaq.