Almaniyanın avtomobil markası “Volkswagen” sentyabrın 12-22-i arasında Frankfurt şəhərində keçiriləcək Beynəlxalq Avtomobil Sərgisində markanın yeni loqosunu və dizaynını təqdim edəcək.
“Dizel qalmaqal”ının izlərini silmək istəyən marka, hələ ötən il loqosunu dəyişdirəcəyini elan etmişdi.
Əldə edilən məlumatlara görə, şirkət marka imicini daha gənc, daha dijital, daha modern hala gətirmək istəyir. Şirkət mavi, metalik, ağ rəngləri özündə birləşdirən rənglərdən uzaqlaşaraq, daha düz, sadə, ağ-qara loqoya keçid edəcək.
Marka rəsmiləri isə etdiyi açıqlamada deyib ki, onların məqsədi bütün dünya üzrə müştəri təcrübəsini mükəmməl hala gətirməkdir.
©Facemark.az