9 C
Baku
Friday, December 13, 2024

Volkswagen yeni rekordlara imza atdı

Volkswagen şirkəti Porche, Audi və Bentley kimi lüks avtomobillərinin satışı ilə bağlı məlumatları nəşr etmişdir.

Bu məlumatlara əsasən, şirkət yeni modellərin buraxılması və dünya avtomobil bazarındakı artım sayəsində rekord göstəricilərə sahib olmuşdur.

Porche avtomobillərinin satış həcmi 15%, Audi avtomobillərinin satış həcmi 8,3%, Bentley avtomobillərinin satış həcmi isə keçən illərlə müqayisədə 19% artmışdır.

Lüks avtomobillərinə tələbat Çin və Hindistan kimi inkişaf etməkdə olan bazarlarda sürətlə artmaqdadır.

Bundan əlavə avtomobil istehsalçıları ABŞ bazarındakı artımlar sayəsində də öz göstəricilərini yaxşılaşdırmışlar.

ABŞ-da 2012-ci il müqayisədə Audi satışları 13,5%, Porche 21%, Bentley isə 28% artmışdır.

Son xəbərlər
Digər xəbərlər