2017-ci ilin nəticələrinə görə Volkswagen qrupu dünyanın ən iri avtomobil istehsalçısı adını Toyota konserninin əlindən alıb. Alman konserninin tərkibinə daxil olan bütün brendlərin birgə satış həcmi 10,7 milyon avtomobilə bərabər olub. Toyota konserninin satış həcmi isə 10,35 milyon ədəddir. Bu barədə xəbəri Bild am Sonntag nəşrinə istinadən Reuters agentliyi yayıb.
Konsernə daxil olan markalar arasında ən yaxşı satış nəticələrinə Audi və Porsche şirkətləri nail olublar. Satışların yüksəlməsinə Çində Volkswagen modellərinə artan tələbat da yardım edib. Yüksək satış həcmləri Volkswagen konserninə rekord hasilatı – 220 milyard avronu əldə etməyə imkan verib. Bu keçən il əldə ediləndən 3 milyard çoxdur. Volkswagen şirkəti 2017-ci ildə istehsal rekorduna imza atıb – alman istehsalçısı altı milyondan çox avtomobil istehsal edib.
Hazırda Volkswagen 60 model buraxır ki, onların arasında ən yüksək tələbata malik olan modellər Jetta, Golf, Polo və Çində satılan Santana modelləridir.
Xatırladaq ki, 2016-cı ilin nəticələrinə görə də alman konserni Toyota konsernini üstələmişdi – 10,31 milyona qarşı 10,17 milyon. Hətta, dizelgeytlə olan problem belə alman istehsalçısına mane ola bilməmişdir.