18 C
Baku
Sunday, September 8, 2024

“Volkswagen” yenilənmiş “Touareg”in ilk fotolarını nümayiş etdirib

“Volkswagen” şirkəti 2023-cü ildə debüt edəcək “Touareg” krossoverinin yenilənmiş versiyasını nümayiş etdirib. Alman avtomobil istehsalçısının sözlərinə görə, model yenidən işlənmiş ön və arxa hissələr alacaq. 2023-cü il yanvarın 1-dən belə elementlərin istifadəsinə Avropada da icazə verilir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Avtomobil yük sensoru ilə təchiz olunacaq – baqaj quraşdırılarsa, elektronika avtomobilin hərəkətdə dayanıqlığını artırmaq üçün təhlükəsizlik sistemlərinin parametrlərini avtomatik olaraq dəyişdirəcək.

İsveç Laplandiyasında sürücülük sınaqlarından keçən restaylinq edilmiş krossoverin premyerası 2023-cü ilin yayında baş tutacaq. Xatırladaq ki, “Volkswagen Touareg”in indiki nəsli 2018-ci ildən istehsal olunur.

15

16

17

18

Son xəbərlər
Digər xəbərlər