2021-ci ildə “Volkswagen” Volfsburqdakı 300 min avtomobil istehsal edib ki, bu da 1958-ci ildən bu yana ən aşağı göstəricidir. Qeyd edək ki, son on ildə zavod orta hesabla 780 min avtomobil istehsal edib. 2018-ci ildə şirkət bu sayını bir milyona çatdırmağı planlaşdırdığını açıqlayıb.
Banker.az xəbər verir ki, istehsalın azalmasının səbəbi 2020-ci ildə baş verən böhran səbəbindən yaranan təchizat problemləri olub. Bu dövr ərzində şirkət 500 mindən az avtomobil istehsal edib. Avtomobil konserni çip çatışmazlığının 2022-ci ilə qədər istehsala təsir edəcəyini gözləyir.
Şirkət nümayəndəsi keçən həftə bildirib ki, “Volkswagen” Volfsburqdakı zavodunun rəqabət qabiliyyətini müzakirə edib. Hələki şirkət tam elektrikli avtomobillər istehsal etmir, lakin buna baxmayaraq, “Tesla” kimi şirkətlərin rəqabəti günü-gündən artır.