16 C
Baku
Friday, April 26, 2024

Volkswagenin Maşın Qüllələri

Autostadt ziyarətçilərin diqqətini cəlb etmək məqsədilə nəzərdə tutulub və Almaniya, Volfsburqda Volkswagen zavoduna bitişik yerləşir. Bu Autostadtın tərkibinə qonaqlar üçün muzey, Volkswagen Group markalı avtomobillərdən ibarət pavilyon, müştərilərin yeni avtomobil ala biləcəyi xidmət mərkəzi, böyük bir sahəyə sahib kino mərkəzi və s. daxildir. Autostadtın ən görməli yerlərindən biri də şüşə və sinklənmiş poladdan ibarət iki möhtəşəm avtomobil park etmək üçün olan qüllələrdir. Bu qüllələrdə avtomobillər avtomatik olaraq Volfsburq zavodundan müştəri xidmət mərkəzinə gəlir və onların gələcək sahiblərinə nümayiş olunur.

Hər qüllə 60 metr hündürlüyündədir və hər birində avtomobillər üçün 400 yer vardır. Bununla da bu qüllələr Autostadtda avtomobillərin çatdırılmasında əvəzsiz rol oynayır. Hər iki qüllə 700 metr uzunluğunda olan yeraltı tunel vasitəsilə Volkswagen zavoduna birləşir. Konveyr vasitəsilə artıq tamamlanmış maşınlar birbaşa zavoddan qüllələrin anbar hissəsinə gətirilir. Buradan da avtomobillər xüsusi mexanika ilə saniyədə 2 metr qalxma sürəti ilə yuxarı qaldırılır.

Autostadtı ziyarət edənlər xüsusi panoramik şüşə liftlərlə qüllələri gəzə bilərlər. 20-ci mərtəbədən isə zavodun ümumi görünüşünü, Volfsburq şəhərini və ətraf əraziləri seyr etmək mümkündür.

Keçən il 175, 893 yeni avtomobil öz yeni sahiblərinə təhvil verilmişdi. Hazırda isə Almaniyadan olan və VW-dən yeni avtomobil alan 37% insan məhz Volfsburga üz tuturlar və burada yüksək texnikalı daha iki qüllə də inşa etmək üçün yer var.

autostadt 02

autostadt 12

autostadt 22

autostadt 46

autostadt 310

autostadt 67%201

autostadt 52

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər