Rusiya prezidenti Vladimir Putin Almaniyanın avtomobil istehsalçısı Volkswagen-in Rusiya bazarını tərk etməsini səhv adlandırıb.
Bu barədə onun sözlərini “RİA Novosti” sitat gətirib.
“Putin dedi ki, “Volkswagen” Rusiyanı boş yerə tərk edib, qazanc əldən verib, bu, səhv olub”, – agentliyin açıqlamasında deyilir.