21 C
Baku
Tuesday, October 8, 2024

“Volt Azərbaycan” məcburi auditdən yayınmağa görə cərimə olunur

“Volt Azərbaycan” MMC-yə cərimə protokolu yazılıb.

Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Protokol təsdiq olunarsa, “Volt Azərbaycan” MMC min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə oluna bilər.

Son xəbərlər
Digər xəbərlər