13 C
Baku
Saturday, November 23, 2024

“Volvo Cars” IPO-da $18.17 mlrd. olaraq qiymətləndirilib

İsveçin avtomobil istehsalçısı “Volvo Cars AB” Stokholmda 20 milyard kron (2.3 milyard ABŞ dolları) dəyərində IPO keçirərək, səhmlərini biri 53 kron qiymətinə birjada yerləşdirib.

Banker.az xəbər verir ki, beləliklə, Çinin “Zhejiang Geely Holding Group Co.” şirkətinə məxsus şirkət 158 milyard kron (18.17 milyard ABŞ dolları) dəyərində qiymətləndirilib.

Cümə günü “Nasdaq Stockholm” birjasında “Volvo” səhmləri 13.2% bahalaşaraq 60 kron olub.

Şirkət İsveç və digər ölkələrdən olan institusional, eləcə də Skandinaviya ölkələrinin fərdi investorların güclü marağı fonunda səhmlərinə tələbin təklifi xeyli üstələdiyini bildirib.

IPO zamanı toplanan vəsait “Volvo”nun öz strategiyasının həyata keçirilməsini maliyyələşdirmək üçün istifadə olunacaq. Şirkət 2030-cu ilə qədər yalnız elektrik avtomobilləri istehsal etməyi, 2040-cı ilə qədər isə fəaliyyətinin karbon neytrallığına nail olmağı planlaşdırır.

2021-ci ilin birinci yarısında “Volvo” satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41% artaraq 380 757 avtomobilə çatıb.

Son xəbərlər
Digər xəbərlər