13 C
Baku
Saturday, November 23, 2024

“Volvo Cars” İsveçdə istehsalı dayandırır

Avtomobil istehsalçısı “Volvo Cars” İsveçdəki Torslanda zavodunda istehsalı dayandırır.

Bu barədə İsveç mətbuatı məlumat yayıb.

İstehsalın dayanmasına səbəb komponentlərin olmamasıdır. Avtomobil istehsalçısının sözçüsü İan Tonkin bildirib ki, koronavirus pandemiyası səbəbindən Çindən olan təchizatçılarla problemlər yaranıb.

Şirkət tərəfindən daha əvvəl bildirildiyi kimi, tədarüklər əsasən yarımkeçiricilərlə bağlıdır və bu, rüb ərzində istehsala təsir edəcək.

“Volvo Cars” Çinin “Geely” şirkətinə məxsusdur, şirkət avtomobil istehsalçısını 2010-cu ildə “Ford Motor”dan 1,8 milyard dollara alıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər