1 C
Baku
Thursday, February 5, 2026

“Volvo Cars”ın səhmləri sürətlə enir

“Volvo Cars” şirkəti dördüncü rübdə tələbatın zəifləməsi fonunda qiymətləri tənzimləməsinin mənfəətə mənfi təsir göstərdiyini açıqlayıb. Şirkət bildirib ki, bu dövrdə mənfəət 68% azalıb və nəticədə səhmlər rekord səviyyədə gündəlik eniş yaşayıb.

Məlumatlara görə, dördüncü rüb nəticələrini açıqlayan ilk Avropa avtomobil istehsalçısı olan “Volvo Cars” 2026-cı ildə illik satış həcminin artacağını proqnozlaşdırsa da, rəhbərlik “davamlı sərt xarici mühit”in şirkət üçün risk yaratmağa davam etdiyini vurğulayıb.

Şirkətin baş maliyyə direktoru bildirib ki, Çin və ABŞ-də elektrikli avtomobillər üçün vergi güzəştlərinin dayandırılması bazar şəraitini daha da çətinləşdirib.

Qeyd edək ki, “Volvo Cars”ın səhmləri bu gün 22%-dən çox ucuzlaşıb və son üç ay ərzində ümumi eniş 29%-ə çatıb.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər