Çinin “Geely Holdinq”nə məxsus “Volvo Cars” şirkəti elektrikli mühərrik istehsalına 700 milyon kron (təxminən 83 milyon ABŞ dolları) investisiya yatıracaq.
“Reuters” agentliyi xəbər verir ki, şirkət İsveçin Skovde şəhərindəki aqreqat zavodunda elektrik mühərriklərin yığımına başlamağı planlaşdırır.
Bu iş “Volvo Cars”ın törəməsi – “Powertrain Engineering Sweden”ə (PES) həvalə ediləcək.
“Volvo”nın digər planına görə isə, 2025-ci ilə qədər qlobal satışlarının yarısı tamamilə elektrikli avtomobillərdən, yarısı isə hibrid avtomobillərdən ibarət olacaq.