13 C
Baku
Bazar, Noyabr 28, 2021

“Volvo” Stokholm birjasında IPO keçirəcək

“Volvo” sentyabr ayında Stokholm birjasında IPO keçirməyi planlaşdırdığını açıqlayıb.

Banker.az xəbər verir ki, avtomobil istehsalçısı elektromobil istehsalı şirkətinə çevrilmək üçün investisiyalar cəlb etmək istəyir.

Şirkət səhmlərin yerləşdirilməsi tarixini açıqlamır, lakin təxminən 25 milyard kron (2.86 milyard dollar) toplamağı planlaşdırdığını qeyd edir. Ekspertlərin hesablamalarına görə, “Volvo” 25 milyard dollar dəyərində qiymətləndirilə bilər.

Xatırladaq ki, şirkət ilk elektrikli krossoverini 2019-cu ilin oktyabr ayında təqdim edib, 2021-ci ilin martında isə “C40 Recharge” modelini nümayiş etdirib.

“Volvo”nun məxsus olduğu “Geely” şirkəti IPO çərçivəsində səhmlərinin bir hissəsini satacaq. İlin əvvəlində istehsalçı avtomobil şöbəsini “Volvo” ilə birləşdirmək planından imtina edib.

Həmçinin “Volvo”nun törəməsi “Polestar” da 21 milyard dollar qiymətləndirmə ilə birjaya çıxmağı planlaşdırır.

Son xəbərlər
Oxşar xəbərlər
X