27 C
Baku
Wednesday, April 24, 2024

“Volvo” təbii dəridən istifadə etməkdən imtina edəcək

İsveçli avtomobil istehsalçısı 2030-cu ilə qədər elektrikli nəqliyyat vasitələrində təbii dəridən istifadə etməkdən imtina edəcəyini açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

Vurğulanır ki, 2025-ci ilə qədər yeni avtomobillərdə istifadə olunan materialların dörddə biri təkrar emal edilmiş xammaldan olacaq.

Avtokonsern özü yaratdığı “Nirdoco” materialından istifadə etməyi planlaşdırır. Bu material İsveç və Finlandiya meşələrində toplanan plastik butulkalardan və bioloji tullantılardan hazırlanır.

2025-ci ilə qədər şirkət onun material təchizatçılarının 100% bərpa olunan enerji mənbələrindən istifadə etməsini istəyir.

Eyni zamanda “Volvo” kauçuk, plastik, sürtkü yağları və yapışqanlar istehsalında istifadə edilən maldarlıq materiallarının istifadəsini azaldacaq. Mart ayında şirkət 2030-cu ilə qədər tam olaraq elektrikli avtomobil istehsalına keçəcəyini bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər