“Volvo” şirkəti yeni elektrikli “C40 Recharge” avtomobil modelini təqdim edib.
Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.
Bu modelin öncəki “XC40” ilə bir çox oxşarlıqları var – dizaynerlər əsasən avtomobilin arxa hissəsini dəyişdiriblər.
Buna baxmayaraq, “C40 Recharge” modeli yalnız elektrikli mühərriklə satışa çıxarılacaq.
Qeyd edildiyi kimi, “C40 Recharge” multimedia sistemi Android əsasında işləyir. Avtomobilin proqramı təminatı internet vasitəsilə avtomatik olaraq yenilənir.
Qeyd edək ki, elektromobil onlayn satılacaq. Alıcılar avtomobili “Volvo” veb-saytında konfiqurasiya edə və çatdırılma sifariş həyata keçirə biləcəklər. Satışların başlama tarixi və qiymətlər hələ açıqlanmayıb.