Avtomobil istehsalçısı “Volvo”ya məxsus olan “Polestar” şirkəti 275 kq-a qədər yük daşıya bilən yeni elektrikli skuterini təqdim edib.
Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.
Bildirildiyi kimi, skuter “Wallpaper” jurnalının sifarişi ilə hazırlanıb, layihədə “Hydro” metallurgiya konserni və elektrikli motosikletlər istehsal edən “Cake” şirkəti iştirak edib. Skuterin dizaynını Konstantin Grcik hazırlayıb.
Kompakt ölçüləri sayəsində skuter velosiped yolları ilə hərəkət edə bilər. Hələki bu yalnız eksperimental layihədir. Şirkət skuter haqqında martın 17-də daha ətraflı məlumat verməyi və ilk istehsal modelini 2021-ci ilin payızında təqdim etməyi planlaşdırır
“Polestar” – “Volvo” şirkətinin törəmə brendidir, hansıki yalnız elektromobillərin istehsalı ilə məşğuldur. İlk elektrikli avtomobil (Polestar 2) 2019-cu ilin fevralında nümayiş etdirilib.