28 C
Baku
Saturday, July 27, 2024

Von der Leyen: “Aİ-nin iqtisadi rifahı və təhlükəsizliyi Çinlə münasibətlərdən asılı olacaq”

Avropa İttifaqının (Aİ) iqtisadi rifahı və təhlükəsizliyi Çinlə münasibətlərin xarakterindən asılı olacaq.

Bunu Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bu gün Çin araşdırmaları üzrə Merkator İnstitutunda çıxışı zamanı deyib.

“Çin ilə münasibətlərimizi necə idarə edəcəyimiz iqtisadi rifahımız və milli təhlükəsizliyimiz üçün həlledici amil olacaq”, – o qeyd edib.

Von der Leyen həmçinin bildirib ki, Çinin Ukraynadakı münaqişə ilə bağlı mövqeyi Aİ-Çin münasibətlərini müəyyən edən amil olacaq.

“Aİ Çinlə əlaqələri zəiflətməkdə deyil, yenidən balanslaşdırmaqda maraqlıdır. İxracımızın 9 faizi, idxalın 20 faizi isə bu ölkənin payına düşür”, – Ursula von der Leyen vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər