7 C
Baku
Tuesday, December 3, 2024

Voronejdə Rusiya ordusu ilə “Vaqner” silahlıları arasında döyüş başlayıb

Rusiya Silahlı Qüvvələri ölkənin Voronej vilayətində zəruri döyüş əməliyyatlarına başlayıb.

Bunu vilayətin qubernatoru Aleksandr Qusev deyib.

Onun sözlərinə görə, ərazidə ordu ilə “Vaqner” muzdlu hərbi təşkilatının silahlıları arasında döyüş gedir.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: “Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər