13 C
Baku
Sunday, April 14, 2024

“Vosmoy bazar”ının keçmiş sahibi Ali Məhkəməyə şikayət edib

Bakının Nizami rayonu, 8-ci kilometr ərazisində yerləşən “Vosmoy bazar” kimi tanınan ticarət mərkəzinin müsadirədən azad olunması ilə bağlı qərardan kassasiya şikayəti verilib.

Şikayət bazarın əvvəlki sahiblərindən biri olmuş Çingiz Əsədov tərəfindən verilib.

Çingiz Əsədovun vəkili Həbib Əliyev deyib ki, sözügedən bazar əvvəllər müvəkkilinə məxsus olub və zorla əlindən alınıb. Vəkilin dediyinə görə, Bakı Apellyasiya Məhkəməsi Çingiz Əsədovu maraqlı şəxs kimi tanısa da, onun şikayətini əsaslı hesab etməyib.

Ali Məhkəməyə göndərilən şikayətdə sonuncu qərarın ticarət mərkəzi ilə bağlı hissədə ləğv olunması, Çingiz Əsədovun şikayətinin araşdırılması xahiş olunub.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı dövlət nəfinə alınmış 30 milyonluq əmlaklar xüsusi müsadirədən azad olunub.

Həmin əmlaklardan biri də 8-ci kilometrdə yerləşən ticarət və xidmət sahəsinin 50 faizlik payıdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər