21 C
Baku
Wednesday, October 5, 2022

VPN ilə giriş zamanı kart və digər bank məlumatlarını ötürməyin

Banker.az öz istifadəçilərinə tövsiyə edir ki, VPN ilə giriş zamanı hər hansı bir sayta və ya digər yerə öz bank məlumatlarını (həmçinin plastik kart məlumatlarını) daxil etməkdən çəkinsinlər. Bunu etməzdən öncə VPN söndürməniz tövsiyə olunur. Hazırda bütün internet xidmətlərinin (sosial media və youtube video hostingi çıxmaq şərti ilə) işləməsi üçün VPN qoşulmasına ehtiyac yoxdur.

Məlumat üçün bildirək ki, VPN ilə giriş zamanı sizin daxil etdiyiniz bütün məlumatlar 3-cü tərəfin serverlərindən keçir və o məlumatlardan faydalanmaq istəyən şəxslər ola bilər. Məlumat şifrələnməsi zəif olan məlumatların onlar tərəfindən ələ keçirilmə ehtimalı yüksəkdir. Hazırda bu məsələnin aktuallığını artıran digər faktor, vəziyyətlə əlaqədar olaraq çox insanın pulsuz, mənşəyi bilinməyən VPN xidmətlərindən yararlanması ilə bağlıdır.

Son xəbərlər

Oxşar xəbərlər