16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirir®

Screen Shot 2021 09 02 at 14.34.20

Bank VTB (Azərbaycan) kart istifadəçilərinin bank xidmətlərinə çıxış imkanlarını genişləndirmək istiqamətində tədbirləri davam etdirir. Belə ki, bank əhalinin sıx toplaşdığı məkanlarda yeni bankomatlar quraşdırıb:

  • Heydər Əliyev pr. 172 ünvanında (“Koroğlu” metrostansiyası yaxınlığında) yerləşən ”Bravo” hipermarketi;
  • “Nizami Mall” ( “Nizami” metrostansiyası yaxınlığında).

Bununla da VTB (Azərbaycan)-ın hazırda 21 bankomatı müştərilərə xidmət göstərir. Bankomatlar vasitəsilə müştərilər nağldaşdırma, hesabdan çıxarışın alınması, 3D Secure xidməti üçün PİN-kodun alınması, kartdan karta pul vəsaitlərinin köçürülməsi (Card to Card xidməti), eləcə də kartı olmayan şəxsə öz kartından pulun köçürülməsi (Cash by Code) və digər xidmətlər üzrə əməliyyatlar həyata keçirə bilər. Bankın “Əcəmi”, “Neftçilər” filialları və Müştəri xidmətləri mərkəzi, eləcə də “28 Mall” TM və “İçəri şəhər” metrostansiyasında yerləşən bankomatlarında kart hesabına nağd pul vəsaitinin əlavə edilməsi – Cash in xidməti mövcuddur.  

VTB (Azərbaycan) kart istifadəçiləri NIKOIL | Bank, Bank of Baku və AzerTurkBank kimi tərəfdaş bankların ATM şəbəkəsindən də əlavə komissiyasız nağdlaşdırma əməliyyatı həyata keçirə bilər. Beləliklə, VTB (Azərbaycan)-ın kart sahibləri Azərbaycan ərazisində yerləşən 100-dən çox bankomatdan istifadə edə bilər.

 

 

 

 

 

 

 

 

 

 

 

Tel.: (012) 492 00 80

Faks: (012) 437 71 21

E-mail: [email protected] www.vtb.az

ASC VTB (Azərbaycan)
Mətbuat xidmət

 

 

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər