“VTB Azərbaycan” müştəriləri “AzərTürk Bank” ATM-lərində 0% komissiya ilə pul çıxara biləcək

VTB (Azərbaycan) və AzərTürk Bank bankomat şəbəkəsinin genişləndirilməsi üzrə tərəfdaşlıq sövdələşməsi imzalayıb. İndi bank “VTB (Azərbaycan)”nın  kart sahibləri pul vəsaitlərini AzərTürk Bank ATM-lərində 0% komissiyası ilə nağdılaşdıra bilər.

Bundan başqa, VTB (Azərbaycan) müştəriləri AzərTürk Bank bankomatlarında olan «Card to Card», parolun alınması, 3D Secure, SMS-xəbərdarlıq kimi əlavə xidmətlərdən də istifadə edə bilər. Hazırda VTB (Azərbaycan) kart istifadəçiləri ölkə ərazisində PASHA Bank, NIKOIL Bank, AzərTürk Bank kimi yerli bankların 70-dən çox bankomatlarından yararlana bilər.

Eləcə də VTB (Azərbaycan) Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynadakı VTB qrupun banklarına aid bankomatlarından  pul vəsaitlərin banklararası komissiya tutulmadan nağdlaşdırılma xidmətini təklif edir.