Bank VTB müştəriləri nağd vəsaitlərini AzərTürkBank bankomatlarında mədaxil edə bilər

Bank VTB (Azərbaycan) müştərilərinə Cash-in funksiyası vasitəsilə AzərTürkBank bankomatlarından kart hesablarına əlavə komissiyasız nağd pul vəsaitini əlavə etmək imkanı verir.

Bundan başqa, VTB (Azərbaycan) müştəriləri AzərTürkBank bankomatlarında olan «Card to Card», parolun alınması, 3D Secure, SMS-xəbərdarlıq kimi əlavə xidmətlərdən də istifadə edə bilər.

Hazırda VTB (Azərbaycan) kart istifadəçiləri ölkə ərazisində NIKOIL Bank və AzərTürk Bank kimi yerli bankların 45 -dən çox bankomatlarından yararlana bilər. Eləcə də VTB (Azərbaycan) Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynadakı VTB qrupun banklarına aid bankomatlarından  pul vəsaitlərin banklararası komissiya tutulmadan nağdlaşdırılma xidmətini təklif edir.