23 C
Baku
Sunday, July 21, 2024

VTB (Azərbaycan) müştərilərinə Megogo kinoservisinə pulsuz abunəlik təqdim edir

®Yeni aksiya çərçivəsində bank VTB (Azərbaycan)-ın müştəriləri ay ərzində Megogo kinoservisində filmləri pulsuz izləyə biləcək. Bunun üçün onlara  Facebook Messenger və ya WhatsApp çat-bank Direct vasitəsi ilə 1 manatdan başlayan üç tranzaksiya həyata keçirmək kifayətdir. 

Şərtlərə görə, iştirakçılar kartdan karta pul köçürə və ya 160-dan çox xidmət üzrə önlayn-ödəniş həyata keçirə bilər. Eləcə də Visa Direct Premium kart sahibləri ticarət məntəqələrində nağdsız ödəniş və ya onlayn alış-veriş edərək aksiyada iştirak edə bilərlər. 

Şərtlərə əməl etdikdə müştərilərə bank tərəfindən SMS vasitəsilə promo kod göndəriləcəkdir ki, bu da pulsuz abunəlik üçün istifadə olunur. 

Aksiya 08 yanvar 2021-ci il tarixinədək qüvvədədir.

Aksiyalar haqqında əlavə məlumatı bankın saytından əldə etmək mümkündür. 

Son xəbərlər
Digər xəbərlər