27 C
Baku
Saturday, July 27, 2024

“VTB (Azərbaycan)”nın rəhbərliyinə yeni təyinat olub

23 dekabr 2019-cu il tarixində keçirilən bank VTB (Azərbaycan)-ın səhmdarlarının növbədənkənar yığıncağının qərarına əsasən Dyaçenko Andrey Nikolayeviç bankın Müşahidə şurasının yeni üzvü təyin edilib.

Bu barədə Bankın press-relizində deyilir.

Bununla da Müşahidə şurasının tərkibi aşağıdakı qaydada təsdiqlənib: 

  • Bortnikov Denis Aleksandroviç – Müşahidə şurasının sədri 
  • Tsaryev Sergey Vladimiroviç – Müşahidə şurasının sədrinin müavini 
  • Dyaçenko Andrey Nikolayeviç – Müşahidə şurasının üzvü

Qeyd edək ki, hazırda Denis Bortnikov bank VTB (PSC)-nin prezidentinin-idarə heyətinin sədrinin müavini vəzifəsində çalışır, Sergey Tsaryev və Andrey Dyaçenko isə VTB (PSC)-nin idarəedici direktorlarıdır. 

Son xəbərlər
Digər xəbərlər