VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı

®VTB (Azərbaycan) bütün müddətlər üzrə manatla olan əmanətlərin faizlərini artırıb. Maksimal gəlirlik “Sərfəli” depoziti üzrə 11,75% müəyyən edilib.

Bundan əlavə, bank “Avans” əmanət üzrə gəlirliliyi illik 9,75%-dək qaldırıb. Bu məhsul üzrə müştərilər faizlərini əmanəti rəsmiləşdirdikdən dərhal sonra əldə edə bilirlər.

VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, pərakəndə biznesin rəhbəri Yaşar Kərimovun sözlərinə görə, müştərilər getdikcə daha fəal şəkildə vəsaitlərini VTB-də yerləşdirirlər.

“Xüsusilə “Sərfəli” depozitinə tələbat yüksəkdir – əmanəti 18 ay və daha uzun müddətə yerləşdirən müştərilər 11,75% illik gəlir qazana, həmçinin vergi ödəməkdən də azad olurlar”, – deyə Kərimov şərh edib.

VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər