®VTB (Azərbaycan) müştəriləri nağd pul krediti və ya mövcud borcları yenidən maliyyələşdirmək üçün illik 10,99%-lə əlavə vəsait əldə edə bilərlər. 2023-cü ilin doqquz ayının yekunlarına əsasən, bank 37 milyon manatdan çox nağd pul krediti verib ki, onun da demək olar ki, üçdə biri yenidən maliyyələşdirmə proqramı çərçivəsindədir.
İstehlak krediti 300 manatdan 40 000 manatadək 60 aya qədər müddətə əldə edə bilərsiniz. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində digər banklardan alınan bir neçə krediti birləşdirə, onlar üzrə olan borcu ödəyə, həmçinin əlavə vəsait əldə edə bilərsiniz.
“Nağd kreditlər bankda pərakəndə satış seqmentinin təkanıdır. Bi ilin üç rübün nəticələrinə görə, onların həcmi 37 milyon manatı ötüb. Eyni zamanda, payızda müştərilərin yüksək maliyyə aktivliyini qeyd edirik və mövsümi faktoru nəzərə alaraq, bunun ilin sonuna kimi davam edəcəyini proqnozlaşdırırıq. Bu məqsədlə nağd kredit məhsulu üzrə kampaniyanı 10,99% səviyyəsində qoruyub saxlamaq qərarına gəldik ki”, – deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
Nağd pul krediti üçün bankın rəsmi saytından, eləcə də 986 qısa nömrəli əlaqə mərkəzi vasitəsilə məsafədən müraciət edə bilərsiniz. Kredit Bakı şəhəri və Abşeron yarımadası daxilində müştəri üçün əlverişli olan istənilən ünvana çatdırılır.