Bank VTB (Azərbaycan) “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq bank forumunun tərəfdaşı olub. Forumun iştirakçıları iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüsləri, rəqəmsallaşmanı, maliyyə texnologiyaları sahəsində cari vəziyyəti və bazardakı son trendləri müzakirə edib.
Bank VTB (Azərbaycan)-ın İdarə heyətinin sədri Evgeniy Kirin “Bank transformasiyası” panelində forum iştirakçıları ilə gələcək ödəniş texnologiyalarını, innovasiyaların bank əməliyyat proqramlarına tətbiqini, eləcə də bu sahədə qəbul olunmuş dövlət proqramlarını müzakirə edib.
“Rəqəmsal bankçılığa keçid dövlətin strateji məqsədlərindən biridir. Bu, vergi inzibatçılığının sadələşdirilməsinə, iqtisadiyyatın şəffaflaşmasına, eləcə də əhalinin keyfiyyətli və müasir texnologiyalarına çıxışına yardım edir. Bank VTB (Azərbaycan) həm bizim biznesin, həm də ümumilikdə bütün bank sektorunun inkişafına təkan verən bu proseslərin daha da sürətlə irəlləməsində maraqlıdır” – deyə VTB (Azərbaycan)-ın İdarə heyətinin sədri Evgeniy Kirin jurnalistlərə müsahibəsi zamanı qeyd edib.
Forumun sonunda bank VTB (Azərbaycan) III Beynəlxalq Bankçılıq Forumuna göstərdiyi dəstəyə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Bank Tərəfdaşı” nominasiyasında diplom ilə mükafatlandırılıb.