23 C
Baku
Friday, April 19, 2024

VTB (Azərbaycan) internat məktəbinin şagirdlərini təbrik edib

Bank VTB (Azərbaycan)-ın dəstəyi ilə 5 saylı xüsusi internat məktəbinin şagirdləri üçün  Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə xeyriyyə konserti keçirilib. Tədbir R. Behbudov adına mahnı teatrında təşkil olunub.

Bayram tədbirində uşaqlar üçün məşhur artistlər, eləcə də internat-məktəbin şagirdləri çıxış edib.

“Korporativ sosial məsuliyyət – VTB (Azərbaycan)-ın fəaliyyətinin ayrılmaz bir hissəsidir. Bank əhali üçün mütəmadi olaraq müxtəlif layihələr reallaşdırır. Bura “Ümid Yeri” uşaq sığınacağına və uşaq idman dərnəyinə dəstək, veteranlara göstərilən qayğı, Rus mədəniyyəti mərkəzinin  kompüter sinfi, eləcə də video avadanlıqla təchiz olunması kimi layihələr daxildir. Bugünkü tədbir gözəl ənənənin davamıdır, və uşaqların xoşbəxt üzlərini görmək bizim üçün çox xoşdur. Onlar bu konsertdən zövq aldılar” – deyə, bank VTB (Azərbaycan)-ın Reklam, marketinq və xüsusi layihələr şöbəsinin müdiri Nigar Kərimova bildirib.

Son xəbərlər
Digər xəbərlər