5 C
Baku
Thursday, January 15, 2026

VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb

VTB (Azərbaycan) 2025-ci ildə 9,1 milyon manatı xalis mənfəət əldə edib. Bankın aktivləri ötən il 306,222 milyon manat təşkil edib.

VTB (Azərbaycan)-ın kredit portfeli 243,638 milyon manata çatıb. Pərakəndə kreditləşmə üzrə portfeli 2024-cü illə müqayisədə 13%, ipoteka kreditləşməsi isə 14% böyüyüb. VTB-nin faiz gəliri 2024-cü ilin dekabr ayının sonu ilə müqayisədə 2025-ci ilin sonuna 32% artıb, qeyri-faiz gəliri isə təxminən 15 milyon manata çatıb.

2025-ci ilin sonunda VTB-nin kapital gəlirliliyi (ROE) 8,6%, aktivlərin gəlirliliyi (ROA) isə 2,78% təşkil edib.

Bankın məcmu kapitalı 100,375 milyon manat təşkil edib ki, bu da Azərbaycan Mərkəzi Bankının minimum tələbindən iki dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər