1 C
Baku
Saturday, December 14, 2024

“VTB (Azərbaycan)” Yeni İl ərəfəsi ipoteka aksiyasına start verdi

VTB (Azərbaycan) Yeni il ərəfəsi ipoteka aksiyasına başlayıb ki, bu da müştərilərə endirimli  faiz dərəcəsi ilə ipoteka krediti əldə etməyə imkan verir. Aksiya çərçivəsində Azərbaycan ipoteka fondunun xətti ilə kredit illik 7%-lə təklif olunur. Bayramqabağı aksiya 31 dekabr 2017-ci ilədək davam edəcək.

Azərbaycan İpoteka Fondunun xətti ilə ipoteka krediti 3 ildən 25 ilədək müddətə təqdim oluur. İpoteka üzrə ilkin ödənişin minimal məbləği 20% təşkil edir.

Borcalanın gəliri tələb olunan məbləğdə kredit almaq üçün yetərli olmadıqda, kredit almaq üçün daha iki borcalan da cəlb oluna bilər.

Xatırladaq ki, əhalinin müəyyən kateqoriyası (şəhidlərin ailə üzvləri, milli qəhrəmanlar, məcburi köçkünlər və ya ona bərabər tutulan şəxslər, 3 ildən az olmayan müddətdə dövlət qulluğunda çalışanlar, elmlər namizədi və ya doktor elmi dərəcəsi olanlar, idman sahəsində xüsusi xidmətləri olan şəxslər) üçün dövlət ipoteka proqramının güzəştli ipoteka krediti də nəzərdə tutulur. Güzəştli ipoteka krediti üzrə faiz dərəcəsi illik 4%, minimal ilkin ödəniş isə 15% təşkil edir. Güzəştli kreditin məbləği 100 000 manatadək, müddəti 30 ilə qədərdir. Hər ailə güzəştli ipoteka kreditindən bir dəfə yararlana bilər.

Son xəbərlər
Digər xəbərlər