VTB (Azərbaycan) hüquqi şəxslər üçün yeni “Gömrük kartı” məhsulunu təklif edir. Bu kart gömrük məntəqələrində gömrük vergilərini və rüsumlarını ödəmək üçün nəzərdə tutulub. Kart milli valyutada 2 və ya 3 il müddətinə buraxılır və onun qiyməti müvafiq olaraq 30 və ya 40 manat təşkil edir. Bir hesab üçün maksimum 3 kart buraxıla bilər.
Kartın üstünlüyü gömrük ödənişlərini şirkətin digər xərclərindən ayırmasına imkan verməsidir. VTB Online internet-bankinq vasitəsi ilə şirkətlər kart üzrə gömrük əməliyyatlarını izləyə, eləcə də kart hesablarını pulsuz artıra bilər. Bundan başqa, müştərilər kart ilə həyata keçirilən gömrük əməliyyatları barədə çıxarış əldə edə bilər.